Azərbaycanda tanınmış iş adamına 7 il həbs verildi - FOTO

Azərbaycanda tanınmış iş adamına 7 il həbs verildi - FOTO

Hazırda oxunan: Azərbaycanda tanınmış iş adamına 7 il həbs verildi - FOTO

162608

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "MİR” avtosalonun sahibi Məhərrəm Əhədova hökm oxunub.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Ona 7 il həbs cəzası verilib.

Bildirilib ki, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340000, 351884, 68000, 170000, 272000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, M.Əhədova cinayət işinin açılmasından bir il əvvəl oğlu, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Yasamal rayonunda yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO