Gəncədə 5 qanunsuz tikili SÖKÜLDÜ – FOTO  

Gəncədə 5 qanunsuz tikili SÖKÜLDÜ – FOTO  

Hazırda oxunan: Gəncədə 5 qanunsuz tikili SÖKÜLDÜ – FOTO  

162571

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin ƏmlaK Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. 

Şəhərin Məhsəti qəsəbəsində aşkarlanan 2, İ.Cəfərov küçəsində 1, Azərbaycan Bayrağı küçəsində 1 və Səbuhi Əliyev küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində yerləşən 1 ədəd qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib. Bildirilib ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək. 




Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO