Minifutbolçularımız saat 21:00-da Bolqarıstanla üz-üzə gələcək

Minifutbolçularımız saat 21:00-da Bolqarıstanla üz-üzə gələcək

Hazırda oxunan: Minifutbolçularımız saat 21:00-da Bolqarıstanla üz-üzə gələcək

162529

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki rmərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb.

Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO