Şəkidə tarixi abidə SATIŞA ÇIXARILIB? – RƏSMİ AÇIQLAMA 

Şəkidə tarixi abidə SATIŞA ÇIXARILIB? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Şəkidə tarixi abidə SATIŞA ÇIXARILIB? – RƏSMİ AÇIQLAMA 

162285

Şəki şəhərində tarixi abidənin hərraca çıxarılması ilə bağlı məlumatlar yayılıb. Söhbət Şəki şəhər İcra Hakmiyyətinin Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan 6 saylı hamamdan gedir. Məlumata görə, abidənin yerləşdiyi 471,1 kv. metr torpaq sahəsi də əmlak ilə birlikdə satışa çıxarılıb. Tarixi hamamın ilkin satış qiyməti 47 min manat təşkil edir. Torpaq sahəsinin ilkin satış qiyməti isə 23 min manatdır.

Qeyd edək ki, “Abdulxalıq hamamı”nın 19-cu əsrdə inşa olunduğu bildirilir. Ümumi sahəsi 220,6 kv. metr olan tarixi hamam Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 947 ünvanında yerləşir.

“Abdulxalıq hamamı” adlandırılan 6 saylı hamam yerli əhəmiyyətli tarixi memarlıq abidəsi hesab edildiyi üçün Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb (İnv. № 4974) və dövlət tərəfindən qorunur. 

Məsələni aydınlaşdırmaq üçün Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin məsul əməkdaşı Sadiq Yusifov Bizim.Media-ya açıqlamasında bildirib ki, onlarda belə bir məlumat yoxdur:

“Sizin müraciətinizdən sonra araşdırmaya başlayacağıq. Və ən qısa zamanda ətraflı məlumat veriləcək”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu göndərdik.

Mövzunu diqqətdə saxlayacağıq...

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO