Nura Surinin təklifinə deputatdan DƏSTƏK – “Bunu gerçəkləşdirmək üçün...”

Nura Surinin təklifinə deputatdan DƏSTƏK – “Bunu gerçəkləşdirmək üçün...”

Hazırda oxunan: Nura Surinin təklifinə deputatdan DƏSTƏK – “Bunu gerçəkləşdirmək üçün...”

162282

Xəbər verdiyimiz kimi, 29-31 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Musiqi Forumu keçirilir.Ötən gün Forumun gedişində maraqlı hadisə yaşanıb. Forumda iştirak edən müğənni Nura Suri  təkliflə çxış edib.

O bildirib ki, musiqimizi təbliğ ediriksə, onu müasirləşdirmək üçün "Qızıl Fond" digital platformalara köçürməliyik:
 

MÖVZU İLƏ BAĞLI:

Musiqi Forumunda Nura Surinin təklifi iradla qarşılandı


“Və təbliğatını sosial şəbəkələr və digital platformalar vasitəsilə etməliyik. "Qızıl fond"da olan əsərləri rəqəmsal musiqi platformalarına köçürmək lazımdır. Biz Azərbaycan musiqisini, onun tarixini bilmək və gənclərimizin də musiqilərimizi tanımasını istəyiriksə, gənclər musiqiləri digital platformalardan izləyirlər, bunlar "YouTube", "Spotify" və s. musiqi axını platformalarında olmalıdır. Digər tərəfdən musiqilərin sözləri vikipediya üzərində işlədilmir". 

Lakin tədbirin moderatoru, bəstəkar Türkər Qasımzadə Nura Surinin dilə gətirdiyi təklifə etiraz edib. Moderatorun bu addımı isə narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədr əvəzi Fazil Mustafanın fikirlərini öyrəndik. 

Bizim.Media-ya açıqlamasında millət vəkili bildirib ki, əslində Nura Surinin səsləndirdiyi normal fikirlərdən biridir:

“Bu təklif müasir dövrün tələblərinə tam uyğundur. Qeyd edim ki, ifaçının təklifinə Forumda etiraz bildirilmədi. Sadəcə, məsələnin sual formatında qoyulmamasına etiraz edildi. Çünki həmin vaxt iştirakçılara çıxış etmək üçün yox, sual vermək üçün söz verilirdi.

Amma bəzi forum iştirakçıları çıxış etmək istədilər. Təbii ki, onları da anlamaq olar. Onlar fürsətdən istifadə edərək müəyyən problemlərlə bağlı danışmaq istəyirlər. 

Sadəcə, auditoriya həmin çıxışlar üçün nəzərdə tutulmamışdı. Həm vaxt məhdudiyyəti, həm də diqqətin daha konkret məsələlərə yönəlməsinə ehtiyac duyulduğundan Nura xanıma irad bu istiqamətdə oldu. Amma təklif normal təklifdir. Məncə bu təklifi gerçəkləşdirmək ona görə vacibdir ki, sosial şəbəkə fenomeni, digital paylaşımlar daha çox paylaşıla bilən və tanıtım platformalarıdır. Hesab edirəm ki, bu təklifi diqqətə almaq və onun üzərində geniş müzakirə aparmaq olar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO