Fransa Qarabağdan gedən erməniləri “fəxri vətəndaşlıq” vədi ilə ALDATDI - FOTO\VIDEO

Fransa Qarabağdan gedən erməniləri “fəxri vətəndaşlıq” vədi ilə ALDATDI - FOTO\VIDEO

Hazırda oxunan: Fransa Qarabağdan gedən erməniləri “fəxri vətəndaşlıq” vədi ilə ALDATDI - FOTO\VIDEO

162196

Fransada “Fəxri vətəndaşlıq vəsiqəsi” almaq istəyən ermənilərin gözləntiləri özünü doğrultmayıb. 

Bizim.Media xəbər verir ki,  sığınacaq almaq üçün Fransanın Ermənistandakı səfirliyinə müracət edən Qarabağı tərk edən ermənilərə diplomatik missiyanın əməkdaşı yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

Səfirlik binasına toplaşan ermənilərə bildirilib ki, Fransa onlara “fəxri vətəndaşlıq” verməyəcək və onlara diplomatik korpusu tərk etmək tapşırığı verilib.
Qeyd edək ki, daha əvvəl İrəvanda Fransanın guya öz istəkləri ilə Qarabağı tərk etmiş ermənilərə yardım əlaməti olaraq Fransanın “Fəxri vətəndaşlıq vəsiqəsi” və “birdəfəlik humanitar yardım” edəcəyi barədə məlumatlar yayılmışdı. Hətta bununla bağlı İrəvan küçələrində elan vərəqələri asılmış, ermənilər Fransa səfirliyinə dəvət edilmişdilər. 
 



Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO