Goranboyda 58 yaşlı kişi müəmmalı şəkildə öldü - Bir gün əvvəl dalaşdığı şəxs SAXLANILDI 

Goranboyda 58 yaşlı kişi müəmmalı şəkildə öldü - Bir gün əvvəl dalaşdığı şəxs SAXLANILDI 

Hazırda oxunan: Goranboyda 58 yaşlı kişi müəmmalı şəkildə öldü - Bir gün əvvəl dalaşdığı şəxs SAXLANILDI 

162145

Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.
M. Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO