Lənkəranda tələbə qızı maşın vurdu

Lənkəranda tələbə qızı maşın vurdu

Hazırda oxunan: Lənkəranda tələbə qızı maşın vurdu

162105

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Lənkəran şəhərinin Hənifə Abdullayev küçəsi 15 ünvanında qeydə alınıb. 

Belə ki, Lənkəran şəhər sakini 1980-cı il təvəllüdlü Malik Zəkəriyyə oğlu Əsgərov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Salyan şəhər sakini 2005-ci il təvəllüdlü Jalə  Rafət qızı Eyvazlını vurub. 
Yaralı dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, J.Eyvazlı Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO