Ermənistanda YENİ QANUN HAZIRLANIR:

Ermənistanda YENİ QANUN HAZIRLANIR: "37,5 min dollar ödə, hərbi xidmətə getmə"

Hazırda oxunan: Ermənistanda YENİ QANUN HAZIRLANIR: "37,5 min dollar ödə, hərbi xidmətə getmə"

162087

Fərariliyin, hərbi xidmətdən yayınmaların baş alıb getdiyi Ermənistanda yeni qanun layihəsi hazırlanır.

Bizim.Media xəbər verir ki, parlamentdə hakim "Vətəndaş müqaviləsi" fraksiyasının nümayəndəsi Ayk Sarkisyanın hazırladığı qanun layihəsinə görə, 27-37 yaş arası hərbi xidmətdən yayınanlar Ermənistanda orduda xidmət etməklə və ya büdcəyə pul köçürməklə cinayət təqibindən yayına bilərlər. 

Bunu ümün bir neçə variant təklif edilib:

1.12 ay xidmət edin və 6,2 min dollar ödəyin.

2. 6 ay xidmət edin və 12,4 min dollar ödəyin.

3. 1 ay xidmət edin və 24,8 min dollar ödəyin.

4. hərbi xidmət əvəzinə 37,5 min dollar ödəyin.

Deputat hesab edir ki, qanun layihəsinin qəbulu bir çox vətəndaşın vətənə qayıtmasına imkan verəcək, ölkənin silahlı qüvvələri repatriantlarla təmin olunacaq, dövlət büdcəsinə əlavə vəsait daxil olacaq.
Göründüyü kimi, Ermənistanda artıq gənclik əsgəri xidmət keçmək istəmir və fərarilik yeni qanun yaratmaq zərurəti ortaya çıxarıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO