Gəncədə Azərbaycan və Türkiyə bayraqları ilə yürüş keçirildi - FOTO

Gəncədə Azərbaycan və Türkiyə bayraqları ilə yürüş keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə Azərbaycan və Türkiyə bayraqları ilə yürüş keçirildi - FOTO

162022

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan 100 azərbaycanlı və 100 türk tələbə ilə yanaşı, hazırda burada təhsil verən Türkiyənin Ege Universitetindən olan 22 nəfər müəllimin, idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldıqları yürüş qardaş ölkənin Gəncədəki baş konsulluğunun qarşısından başlayıb.

Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan 250 nəfərdən ibarət yürüş iştirakçıları Gəncənin Atatürk prospekti ilə irəliləyiblər.

Yürüş Qafqaz İslam Ordusunun tərkibində altında Gəncəyə gəlmiş Türkiyə silahlı bölmələrinin buradakı ilk əməliyyatları zamanı şəhid olmuş əsgərlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılan abidənin önündə yekunlaşıb.

Yürüş iştirakçıları abidəni ziyarət edib, önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop çıxışında deyib ki, bu gün Türkiyə Respublikası 100 illik yubileyini qeyd edir. Türkiyə tarixin bütün mərhələlərində inamla addımlayıb, qarşılaşdığı çətinliklərə baxmayaraq, günümüzdə dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevrilməyi bacarıb.

O qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı əsrlərə söykənir. Türkiyə və Azərbaycan hər zaman bir-birinə dəstək olub, çətinliklər qarşısında daim məğrur, sarsılmaz mövqe nümayiş etdirib.

Xatırladaq ki, 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib. Cümhuriyyətin elanından sonra Mustafa Kamal Atatürk Türkiyənin ilk Prezidenti seçilib. 1925-ci ildən etibarən hər il oktyabrın 29-da Türkiyənin Cümhuriyyət bayramı qeyd olunur.












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO