ABŞ-a qarşı yeni cəbhələr açılacaq – İran XİN rəhbəri 

ABŞ-a qarşı yeni cəbhələr açılacaq – İran XİN rəhbəri 

Hazırda oxunan: ABŞ-a qarşı yeni cəbhələr açılacaq – İran XİN rəhbəri 

161887

“Vaşinqton İsraili dəstəkləməyə davam edərsə, yeni cəbhələr açmağa hazırlaşmalıdır”. 

Bizim.Media “Bloomberg Television”a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.  

XİN rəhbəri qeyd edib ki, ABŞ bütün digər dövlətlərə təmkin nümayiş etdirməyi tövsiyə edir, lakin onlar özləri İsraili tam dəstəkləyirlər. 

“Əgər Birləşmiş Ştatlar indiyə qədər gördükləri işlərə davam etsə, o zaman ABŞ-a qarşı yeni cəbhələr açılacaq”, - deyə Abdullahian bildirib və amerikalıların münaqişənin genişlənməsini istəyib-istəməmələrinə qərar verməli olduqlarını qeyd edib. 
O, həmçinin bildirib ki, İsrail Müdafiə Ordusunun (SAXAL) quru əməliyyatı “Təl-Əvivin peşman olacağı” ciddi nəticələrə gətirib çıxaracaq. 

Xatırladaq ki, Abdullahian bundan əvvəl İsrailin hərbi əməliyyatlarını davam etdirməsi səbəbindən yeni cəbhələrin açılmasının mümkünlüyünü bəyan etmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO