Şahmatçımız Misirdə bürünc medal QAZANDI - FOTO

Şahmatçımız Misirdə bürünc medal QAZANDI - FOTO

Hazırda oxunan: Şahmatçımız Misirdə bürünc medal QAZANDI - FOTO

161793

Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Xaqan Əhməd 12 yaşlılar arasında mükafatçılar sırasında yer almağa nail olub.  

Şahmatçı 8 xalla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.   

Bu yaş kateqoriyasında Vyetnam şahmatçısı Duy Xonq Dao 9,5 xalla qalib adını qazanıb. 12 yaşlılar arasında Paşam Əlizadə yekunda 3-5-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə şahmatçı 5-ci olub. 8 yaşlı qızların yarışında Mehriban Əhmədli yarışı beşinci pillədə başa vurub. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO