Rəfiqəsi Alla Puqaçovanın vəziyyətindən danışdı: “Kədər və depressiyadadır” 

Rəfiqəsi Alla Puqaçovanın vəziyyətindən danışdı: “Kədər və depressiyadadır” 

Hazırda oxunan: Rəfiqəsi Alla Puqaçovanın vəziyyətindən danışdı: “Kədər və depressiyadadır” 

161784

Ukraynada xüsusi əməliyyat başlayandan sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edən Alla Puqaçova dərin depressiyaya düşüb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçinin yaxın rəfiqəsi modelyer Lyubov Aksyonova bildirib ki, Alla həqiqətən harada olduğunu və özünü necə hiss etdiyini heç kimə deməyəcək, çünki ondan qazanc əldə etməyi sevənlər çoxdur: 

“Allanın əhval-ruhiyyəsi indi o qədər də yaxşı deyil. O, kədər və depressiya içindədir. Alla düşdüyü vəziyyəti çox gözəl anlayır. Evə getmək istəyir, amma uşaqlarına görə bunu edə bilmir”. 

Aksyonova qeyd edib ki, Alla Puqaçovanın hələ də Rusiyada vaxtında ona kömək edən və hələ də ünsiyyətdə olduğu çox sayda yaxşı və sadiq dostları var. 

Xatırladaq ki, Alla Puqaçova, Maksim Qalkin və övladları Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraili tərk edərək 2017-ci ildən vətəndaşı olduqları Kiprə köçüblər. 
Qeyd edək ki, 74 yaşlı Xalq artisti xaricdəki köçəri həyatdan bezib. Bir il əvvəl o, azyaşlı uşaqları Liza və Harri ilə birlikdə Rusiyadan İsrailə qaçmalı olub. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO