"Krım Respublikası"nın Baş nazirinin müavini Yevgeni Kabanov təyyarədə maska taxmaqdan imtina etdiyi üçün cərimələndiyini və cərimə ödəmək niyyətində olduğunu söyləyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, hadisə 23 fevralda Moskvadan Simferopola uçan təyyarənin göyərtəsində baş verib. Hadisənin videosu sosial şəbəkələrdə peyda olub.
"O zaman mən tətildə idim, Moskvadan qayıdırdım. Hadisədən sonra inzibati protokol tərtib edildi, mənə cərimə şəklində cəza verildi.
Məhkəmə qərarını qətiliklə icra edəcəyəm". Kabanov “Krım-24” televiziya kanalına müsahibəsində belə deyib.
Hadisəni jurnalistlərə şərh edən Krım rəhbəri Sergey Aksenov deyib ki, məmurlar tərəfindən hər kəs üçün müəyyən edilmiş qaydaların pozulması qəbuledilməzdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:14 / 29.03.2021
Baş nazirin müavini təyyarədə cərimələndi – SƏBƏB
Hazırda oxunan: Baş nazirin müavini təyyarədə cərimələndi – SƏBƏB
Hazırda oxunan: Baş nazirin müavini təyyarədə cərimələndi – SƏBƏB
16173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.