Sevgilisinin azyaşlı qızını zorlayan şəxsə HÖKM OXUNDU - FOTO/VİDEO

Sevgilisinin azyaşlı qızını zorlayan şəxsə HÖKM OXUNDU - FOTO/VİDEO

Hazırda oxunan: Sevgilisinin azyaşlı qızını zorlayan şəxsə HÖKM OXUNDU - FOTO/VİDEO

161499

Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verib, həmçinin onun azyaşlı qızını zorlamaqda təqsirləndirilən Saymur Şahalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən Seymur Şahəliyev 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

İttihama görə, S.Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına xüsusi işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı, o, qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda təqsirləndirilir. 
Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq videogörüntülərini çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün o, həmin çəkilişin diskini qadının ərinə göndərib. 

Qadının şikayəti əsasında S.Şahalıyev saxlanılıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 144.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 182.2.2, 182.2.3, 182.2.4 və 242 maddələri üzrə cinayət işi başlanıb. 
 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO