Qərbin “dovşana qaç, tazıya tut” SİYASƏTİ – İran niyə CƏZALANDIRILMIR?

Qərbin “dovşana qaç, tazıya tut” SİYASƏTİ – İran niyə CƏZALANDIRILMIR?

Hazırda oxunan: Qərbin “dovşana qaç, tazıya tut” SİYASƏTİ – İran niyə CƏZALANDIRILMIR?

161445

Artıq 20 gündür ki, bütün diqqətlər Yaxın Şərqə tikilib. HƏMAS-ın İsrailə qəfil hücumu dünyada yeni qaynar ocağın alovlanmasına səbəb oldu. Zaman-zaman İsraillə Fələstin arasında toqquşmalar olub. Lakin çox nadir hallarda bu toqquşmalar 3-5 gündən artıq çəkib. İndi isə artıq üçüncü həftədir ki, HƏMAS-la İsrail arasında qanlı döyüşlər davam edir. Nəticədə, hər iki tərəfdən günahsız qurbanların sayı günbəgün artır.

Münaqişə niyə durdurulmur?
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ


Qanlı toqquşma 20 günə yaxın davam etsə də hələki ciddi sülh çağırışları yoxdur. Sanki bir çox böyük dövlətlər bu müharibənin uzanmasını istəyir. Belə olmasa idi dövlətlər tərəf saxlamaq əvəzinə sülhün daha tez bərqərar olmasına çalışardı. Amma proseslər tam əksinə inkişaf edir. 

ABŞ və Avropa dövlətləri birmənalı olaraq bu münaqişədə İsraili dəstəklədiklərini bildirirlər. Bu əslində xristian həmrəyliyidir. Belə olmasa idi, ABŞ və Qərb ölkələrində Fələstinə dəstək tədbirləri zorla dağıdılmazdı və İsraili tənqid edənlər “xalq düşməni” elan edilməzdi.

Çox təəssüf ki, müsəlman aləmində də Fələstini, dolayısı ilə HƏMAS-ı yeni hücumlara təşviq edən ölkələr az deyil. Əksər İslam ölkələri məqsədsiz və nəticəsiz olan bu müharibədə açıq şəkildə HƏMAS-a dəstək verir. Guya ki, bu toqquşmalar hesabına yəhudilər qorxub, bölgədən qaçacaqlar. 
Bu absurd yanaşma hər gün yüzlərlə fələstinlinin ölümünə və Qəzzanın və ətraf ərazilərin xarabazarlığa çevrilməsinə səbəb olur. Beləcə, bu münaqişədə maraqlı olan həm xristian, həm də İslam ölkələrinin öldürülən və qaçqın düşən insanların taleyi zərrə qədər əhəmiyyət daşımır.

Bu münaqişədə diqqət çəkən maraqlı məqam

Bu da İsrail-İran, ABŞ-İran münasibətləridir. Proseslərin gedişatı aydın göstərir ki, həm İsrail, həm də ABŞ İranın üstünə getməkdə o qədərdə həvəsli deyil. Eyni zamanda, molla-fars rejimi də ancaq söz savaşından uzağa getmək fikrində deyil. 

Halbuki rəsmi Tehran son 40 ildə hər zaman elan edib ki, İran dövlətinin əsas hədəfi Qüdsə sahib çıxmaq və İsrail dövlətini yer üzərindən tamamilə silməkdir. Hər zaman bu sərsəm ideyalarla İslam aləminin gözünə girmək istəyən molla-fars rejimi əgər dediklərində səmimidirsə, onda niyə yaranmış fürsətdən yararlanıb İsrailə son və qəti hücuma keçmir?!

İranın bu və digər çağırışları ancaq siyasi manipulyasiyadır

İran heç zaman İsrailin yer üzündən silinməsini istəmir. İstəsəydi son 40 ildə ortaya konkret iş qoyardı. Lakin, ötən onilliklərdə İran ancaq söz savaşı aparıb və bu gün din qardaşlarının qırıldığı bir zamanda belə rəsmi Tehran hərəkətsiz qalıb. Bu da onu sübut edir ki, İranın hədəfi İsraili məhv etmək yox, islam dünyasında Qərbin dəstəyi ilə yeni düzən qurmaq və islam ölkələrinə nəzarəti ələ keçirməkdir. Bu isə dini təssübkeşlik yox, siyasi iddiadır.

İsrail niyə İrana qarşı laqeyiddir?

Maraqlıdır ki, son 20 gündə İsrail də İrana qarşı heç də deyildiyi qədər aqressiv deyil. Hər gün Suriyaya, İraqa, İordaniyaya raket atan rəsmi Təl-Əviv nədənsə üzünü İrana çevirmir. İsrail rəsmiləri ancaq sözdə və bəzi hallarda İrana hücum edirlər. Digər İslam ölkələrinə qarşı isə əməli şəkildə cəza tədbirləri görülür.

ABŞ və Qərbin də mövqeyi maraqlıdır

Son günlər həm Co Bayden, həm də Antoni Blinken İranla bağlı çox mülayim, bəzi hallarda tövsiyyə xarakterli bəyanatlar verirlər. Hətta ABŞ dövlət katibi dünən açıq şəkildə etiraf etdi ki, İranla müharibə etmək istəmirlər. Avropa liderlərinin bəyanatları da Vaşinqtonda səslənən fikirlərdən heç də fərqlənmir. Sanki ABŞ və Avropa liderləri hər vasitə ilə İranı bu münaqişədən qorumaq, kənarda saxlamaq istəyir.

Bununla belə həmin dövlətlər İsrail-Fələstin müharibəsinin böyüməsini, hətta Üçüncü Dünya Müharibəsinə, daha doğrusu dinlərarası müharibəyə çevrilməsini istəyirlər. 

Bir sözlə Yaxın Şərqdə qorxulu proseslər baş verir. Hər an münaqişənin digər müsəlman ölkələrinə keçmə ehtimalı var. Amma İran təkcə özü yox, həm də xristian dünyası İranın bu münaqişədən kənarda qalmasını istəyir. Çünki, 100 il qabaq anqlo-saksonlar və Vatikan tərəfindən yaradılan İran dövlətinin missiyası müsəlmanların birliyinə töhfə vermək yox, İslam aləmini daxildən parçalamaq və zəif salmaqdır.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO