Bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş keçirilir.
Bizim.Media-nın məlumatına görə bu barədə Ermənistan XİN- in mətbuat katibi Anna Naqdalyan öz " Twitter" hesabında bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla danışıqları başlayıb.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.
Bizim.Media