Xaçatryanın 1991-ci ildə Şuşada tutulma səbəbi və qaçması: Damarını dişiylə deşib…  

Xaçatryanın 1991-ci ildə Şuşada tutulma səbəbi və qaçması: Damarını dişiylə deşib…  

Hazırda oxunan: Xaçatryanın 1991-ci ildə Şuşada tutulma səbəbi və qaçması: Damarını dişiylə deşib…  

161332

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryan 1991-ci il iyunun 15-də Şuşa polisi tərəfindən həbs olunub. 

Bu barədə bu gün Vaqif Xaçatryan məhkəmədə ifadəsində Azərbaycan xalqından üzr istəyərkən deyib. 
 

Vaqif Xaçatryan məhkəmədə 30 gün Şuşada saxlandığını və bunun ona dərs olduğunu dilə gətirib: 

“Bu həbs mənə dərs oldu, ondan sonra bu məsələlərdən əl çəkmişəm". 

Bizim.Media xəbər verir ki, “apa.az” Vaqif Xaçatryanın hansı səbəbdən 1991-ci ildə Şuşa polisi tərəfindən saxlanmasını araşdırıb. 
 

Məlum olub ki, o, azərbaycanlılara qarşı törətdiyi cinayət əməllərinə və əhali içində təşviş yaratdığı üçün 1991-ci il iyunun 15-də Şuşa polisi tərəfindən həbs edilib. Lakin həbsdə olduğunun 30-cu günündə Vaqif Xaçatryan özünə xəsarət yetirib. 

Belə ki, o, dişi ilə öz damarını deşib və təcili olaraq Xankəndidə yerləşən xəstəxanaya aparılıb. Orada erməni milliyyətindən olan həkim və tibb işçilərinin köməyi ilə qaçmağı bacarıb. Onun özünə yetirdiyi xəsarət nəticəsində qolunda yaranan problemin izləri indi də qalır. 
Vaqif Xaçatryanın bugünkü etirafı bir daha onun azərbaycanlılara qarşı cinayət törətməsinin öz dilindən sübutudur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO