Xaçmazda körpünün uçduğu yerdə alternativ yol SALINDI – FOTO  

Xaçmazda körpünün uçduğu yerdə alternativ yol SALINDI – FOTO  

Hazırda oxunan: Xaçmazda körpünün uçduğu yerdə alternativ yol SALINDI – FOTO  

161323

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrində, Qudyalçay üzərində sel sularının uçurduğu avtomobil körpüsünün yerində yenisi inşa olunur. 

Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib.

200 metr uzunluğunda olan müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa edilib. Sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər.

Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb. 

Yeni körpünün inşası istiqamətində də tikinti işləri sürətlə davam etdirilir. İki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15.5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub. 

Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub və əlavə təhlükəsizlik tədbirləri görülüb. 

Təbii fəlakət nəticəsində çökmüş körpüyə agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb. 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO