Nəvaz Şərif azadlığa buraxıldı

Nəvaz Şərif azadlığa buraxıldı

Hazırda oxunan: Nəvaz Şərif azadlığa buraxıldı

161318

Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif korrupsiya işi ilə bağlı azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri məlumat yayıb.

Bildirilib ki, o, girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında Pakistan məhkəməsi antikorrupsiya işi bağlı dinləmələrə gəlmədiyi üçün N.Şərif barəsində həbs qətimkan tədbiri seçmişdi.

Xatırladaq ki, həmin il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş Baş nazir Nəvaz Şərifə, qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürmüşdü. Onlar bu ittihamlarla bağlı özlərini təqsirli bilməyib.
Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın Baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistan Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra Nəvaz Şərif istefa verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO