Xalq artistinin oğlunun TOYU OLDU - FOTO

Xalq artistinin oğlunun TOYU OLDU - FOTO

Hazırda oxunan: Xalq artistinin oğlunun TOYU OLDU - FOTO

161234

Xalq artisti Simarə İmanovanın evində vağzalı sədaları eşidilib.

Bizim.Media xəbər verir ki, xanəndə oğlu Məhəmmədi evləndirib.  

İmanova toydan çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Simarə övladının xoş günü ilə bağlı bu sözləri dilə gətirib: 

“Bu çıxış fərqli və özəl idi. Həyəcanı, sevinci, qüruru sözlərlə ifadə olunmayacaq qədər… Oğlum, Allah sizi xoşbəxt etsin. Bir ömürboyu sevib seviləsiniz. Sevginiz daimi, ailəniz möhkəm olsun. Xoş arzularım daima sizinlədir. Allah sizi və sevginizi qorusun”. 

Qeyd edək ki, müğənnin oğlu Məhəmməd 2021-ci ildə 19 yaşında nişanlanıb. 

S.İmanova 2001-ci ildə Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub. Onun Məhəmməddən savayı Çinarə adlı qızı da var. 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO