Keçmiş məhkum oğurluğa görə yenidən tutuldu - Şamaxıdakı cinayətin TƏFƏRRÜATI  - FOTO

Keçmiş məhkum oğurluğa görə yenidən tutuldu - Şamaxıdakı cinayətin TƏFƏRRÜATI  - FOTO

Hazırda oxunan: Keçmiş məhkum oğurluğa görə yenidən tutuldu - Şamaxıdakı cinayətin TƏFƏRRÜATI  - FOTO

16122

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən fərdi yaşayış evindən 3 000 ABŞ dolları və 1 600 manat pulun oğurlanması ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulub.

Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb.

Belə ki, onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12 000 manat pul və 5 400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO