Ölkəmizdə istilik sistemləri qış mövsümünə HAZIRDIR? – RƏSMİ AÇIQLAMA

Ölkəmizdə istilik sistemləri qış mövsümünə HAZIRDIR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ölkəmizdə istilik sistemləri qış mövsümünə HAZIRDIR? – RƏSMİ AÇIQLAMA

161104

“2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar cari il ərzində istilik təchizatı obyektlərinin, o cümlədən mövcud qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bir sıra işlər görülüb.

Bu işlər sırasında 1000 km-dən çox istilik xətlərinin hidravliki təzyiqi yoxlanılıb və 10 000 metrdən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib”. 

Bu barədə Bizim.Media açıqlamasında “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvin Basqallı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay “Azəristiliktəchizat”a 373 vətəndaş müraciət edib


Hansı işlər görülüb?

Onun sözlərinə görə, görülən işlər çərçivəsində 1150 ədəd qazan odluğu, 486 dəst istilik mübadilə aparatları, 3230 ədəd nasos, 16860 ədəd müxtəlif diametrli siyirtmələr təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib:

“Eyni zamanda, 3340 ədəd mühərrik, 561 ədəd elektrik avadanlığı, 561 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1349 ədəd genişləndirici çən, 2093 ədəd qoruyucu klapan və 2703 ədəd əks klapan, 12427 ədəd ventil, 632 ədəd ehtiyyat su çəni, 554 ədəd qaz təsərrüfatına aid avadanlıq və digər qurğular mövsümə tam hazırlanıb.

Bundan başqa, 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilib. O cümlədən, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı, 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik isə cari təmir edilib. 
Görülən işlər sırasında, 1260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 12 ədəd qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib. İstilik xətlərində isə 3368 kv-m istilik örtük qatı bərpa olunaraq yenilənib”.

E.Basqallı qeyd edib ki, payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub. 

ASC rəsmisi, mərkəzləşdirilmiş qaydada 288-i məktəb, 161-i uşaq bağçası olmaqla ümumilikdə 449 təhsil müəssisəsi payız-qış mövsümündə istiliklə təmin edildiyini də diqqətə çatdırıb: 

“Bu müəssilərin hər birinin qazanxanası payız-qış mövsümünə hazır vəziyyətə gətirilib. Belə ki, qurum tərəfindən 3871 bina, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2224 sosial və təsərüfat obyektləri istilik mövsümündə istiliklə təmin edilir. Payız-qış mövsümünə hazırlıq çərçivəsində balansımıza olan bütün qazanxanalar, magistral və məhəllədaxili istilik xətləri yoxlanılır, ehtiyac duyulan yerlərdə əsaslı və cari təmir işləri aparılır və istilik mövsümünə hazırlıq işləri davam etdirilir”. 

Yaşayış binalarının daxili istilik sistemləri ilə bağlı ünvanladığımız suala gəlincə... 

E.Basqallı qeyd etdi ki, Mülki Məcəllənin 227, 235-ci maddələrinə və Mənzil Məcəlləsinin 29.3, 29.4, 35 və 38-ci maddələrinə əsasən çoxmənzilli yaşayış binalarında bütün mühəndis kommunikasiya qurğuları bina və mənzil mülkiyyətçilərinin mülkiyyətindədir:

“Onların istismarı, bərpası və yenidən quraşdırılmasına aid bütün xərclər mülkiyyətçilərin haqları hesabına ödənilməli olan xərclərə aiddir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO