Mahaçqalada Şəki sakinini avtomobil öldürdü

Mahaçqalada Şəki sakinini avtomobil öldürdü

Hazırda oxunan: Mahaçqalada Şəki sakinini avtomobil öldürdü

161055

Dağıstanda Şəki sakinini avtomobil vuraraq öldürüb. Bədbəxt hadisə Rusiyanın Mahaçqala şəhərində baş verib.

Bizim.Media-nın yerli bürosu  kənd sakinlərinə istinadən bildirir ki, Şəki rayon Vərəzət kənd sakini, 41 Asim Nəbiyev bir neçə ildir ailəsini dolandırmaq məqsədi ilə Rusiyanın şəhərlərinə iş üçün gedir.

Bu il isə o yaxınları ilə birgə Dağıstanın Mahaçqala şəhərində işləyib. Ötən gün axşam saatlarında o, Mahaçqala şəhərindəki mərkəzi küçələrdən birindən keçərkən avtomobil onu vurub. Asim Nəbiyev hadisə yerindəcə dünyasını dəyişib.
İki uşaq atası olan Asim Nəbiyevin cənazəsi bu gün doğulduğu kəndə gətiriləcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO