"Bayer" yenidən liderliyə yüksəldi

Hazırda oxunan: "Bayer" yenidən liderliyə yüksəldi

160936

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 8-ci tur oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Leverkuzen təmsilçisi səfərdə "Volfsburq"la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Volfsburq" - "Bayer" - 1:2 

Qollar: Frimponq, 13 (0:1), Lakrioks, 41 (1:1), Qrimaldo, 62 (1:2) 

Bu nəticədən sonra xalını 22-ə çatdıran Xabi Alonsonun baş məşqçisi olduğu komanda turnir cədvəlində yenidən liderliyə yüksəlib. "Ştutqart" 21 xalla 2-ci, "Borussiya" (Dortmund) 20 xalla 3-cüdür. 
Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun oktyabrın 26-da Leverkusendə, cavab görüşü noyabrın 9-da Bakıda keçiriləcək. Hər iki komanda qrupda keçirdikləri 2 oyunda qələbə qazanıblar və 6 xalla şərikli liderdirlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO