Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) yarımfinalda serbiyalı Stefan Kamoviçi məğlub edib.
O, 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə qələbə qazanıb. Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.
Bizim.Media