Ölkəmizdə “Avroviziya 2024” üçün “Canlı Dinləmələr”ə START VERİLDİ 

Ölkəmizdə “Avroviziya 2024” üçün “Canlı Dinləmələr”ə START VERİLDİ 

Hazırda oxunan: Ölkəmizdə “Avroviziya 2024” üçün “Canlı Dinləmələr”ə START VERİLDİ 

160863

“İctimai” Televiziya nüfuzlu “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək müğənnilər üçün növbəti seçim mərhələsinə start verilib.  

Bizim.Media xəbər verir ki, sözügedən yarışmaya müraciət edənlərdən yalnız 16 namizəd “Canlı Dinləmələr” adlı mərhələyə keçid alıb.   

Nəticədə isə məhz bu şəxslərdən biri ölkəmizi gələn ilin mayında İsveçdə baş tutacaq Avroviziya mahnı müsabiqəsində təmsil edəcək.  
Qeyd edək ki, ötən il ölkəmizi “Avroviziya”da zaqatalalı Tural və Turan Bağmanov əkiz qardaşları “Tell Me More” (Mənə daha çox danış) mahnısı ilə təmsil ediblər. Onlar birinci mərhələdə az xal topladıqları üçün final mərhələsinə keçə bilməyiblər.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO