Abşeronda 2 ədəd tank əleyhinə TM-62M təlim minası aşkarlanıb

Abşeronda 2 ədəd tank əleyhinə TM-62M təlim minası aşkarlanıb

Hazırda oxunan: Abşeronda 2 ədəd tank əleyhinə TM-62M təlim minası aşkarlanıb

16068

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunması barədə məlumat daxil olub.

Bizim.Media FHN-nin rəsmi saytına istinadən bildirir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada qanunsuz saxlanılan silahlar aşkarlanıb - FOTO


Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər.

Müəyyən olub ki, bu, 2 ədəd tank əleyhinə TM-62M təlim minasıdır. Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb. Sursatların tapıldığı ərazidə (magistral yoldan aralı torpalıq ərazi) aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO