Batan banklardakı əmanətləri kim GERİ QAYTARACAQ? – AÇIQLAMA 

Batan banklardakı əmanətləri kim GERİ QAYTARACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Batan banklardakı əmanətləri kim GERİ QAYTARACAQ? – AÇIQLAMA 

160619

“Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzv olan banklarda 100 min manata qədər olan əmanətlər sığortalanır. Əmanətlərin 100 min manatdan yuxarı olan hissəsi isə sığortalanmır”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Səbəb nədir?

Ekspertin sözlərinə görə, əmanətlərin sığortalanması məsələsində faiz dərəcləri də mühüm rol oynayır: 

“Bank əvvəlcədən həmin şəxsə 100 min manatın sığortalanmaması, amma əvəzində illik 13 faizlə divindendin verilməsi ilə bağlı təklif irəli sürür. Əgər müştəri bu təklifi qəbul edərsə, artıq risk altına girir və taleyi ilə barışaraq bu seçimi edir. Bu gün ölkəmizdə hamı istəyir ki, banklara yatırılan bütün depozitlər tam həcmdə sığortalansın.

Ancaq bunun üçün ƏSF-nun maliyyə imkanları genişləndirilməlidir. Əvvəllər əmanətlərin yanlız 30 faizi, yəni 30 min manatı sığortalanırdı. İndi isə bu 3 dəfədən də çox artırılıb. Növbəti illərdə bunun yenidən artırılması nəzərdə tutulub”.

Ekspert qeyd edib ki, kommersiya banklarının tez-tez açıqladığı hesabatların bir çoxu reallığı əks etdirmir:

“İnkişaf etmiş ölkələrdə əmanət yatırmaq istəyən hər hansı bir vətəndaş əvvəlcə bankların hesabatlarına baxır və araşdırma aparır. Əgər hansı bankın gəlirləri daha çoxdursa, dayanıqlılığı möhkəmdirsə bağlanma ehtimalı aşağıdırsa, onunla da əməkdaşlığa üstünlük verir. Azərbaycanda isə bu, mümkün deyil. Ona görə ki, bütün bankların hesabatları standartdır və bağlanana günə qədər yalnız gəlirləri əks olunur”.

“Muğan Bank” ASC-nin qəfil bağlanması ilə bağlı maraqlı fikirlər səsləndirən nüsahibimiz vurğulayıb ki, bu proses başlamamışdan əvvəl vətəndaşlara düzgün məlumat verilməyib:

“Bir sözlə, bankın vəziyyəti barədə əmanətçilərə vaxtında xəbərdarlıq edilməyib. Bank bağlanan günə qədər hər ay öz hesabatını yayımlayıb və hər şeyin qaydasında olduğunu bəyan edib. Əgər problem yoxdursa, niyə bağlayırlar? Bu məsələdə çox maraqlı yanaşmalar var”.

Bank bağlanarsa, sığortalanmış vəsaitləri kim qaytaracaq?

Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, Əmanətlərin Sığortalanması Fondu 100 min manata qədər olan əmanətləri geri qaytarır:

“Bu baxımdan da heç bir problem yoxdur. Əsas problem sahibkarların və şirkətlərin əmanətləri ilə bağlıdır. Yəni, bank bağlandıqda ilk növbədə onların pulları batır. Bu da onunla bağlıdır ki, həqiqətən də həmin bankın pulu yoxdur. Vəziyyəti bilən şirkət sahibi də artıq Azərbaycan banklarına əmanət qoymağa qorxur”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv olunub, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO