“Sumqayıt”ın müdafiəçisi Pakistanın qələbəsində iştirak edib

“Sumqayıt”ın müdafiəçisi Pakistanın qələbəsində iştirak edib

Hazırda oxunan: “Sumqayıt”ın müdafiəçisi Pakistanın qələbəsində iştirak edib

160317

DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin ilkin raundunun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Pakistan millisi doğma meydanda Kambocanı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Pakistan yığması iki görüşün nəticəsinə əsasən (0:0; 1:0) rəqibini məğlub edərək Asiya qitəsi üzrə seçmə mərhələ yarışlarının qrup mərhələsinə yüksəlib.
Pakistan millisinində çıxış edən "Sumqayıt"ın futbolçusu İsa Suliman da bu matçın iştirakçısı olub. 25 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO