Bu gün AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, son oyun günündə yeddi qarşılaşma keçiriləcək.
A qrupunda Ukrayna millisi Maltanın, İtaliya yığması İngiltərənin qonağı olacaq. Britaniyalılar qələbə qazanacaqları təqdirdə, final mərhələsinə vəsiqə əldə edəcəklər.
G qrupunda isə Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Komanda bunun üçün səfərdə Litvaya qalib gəlməlidir. Bu qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqronu sınağa çəkəcək.
H qrupunda Finlandiya Qazaxıstanla, Şimali İrlandiya Sloveniya ilə, San Marino isə Danimarka ilə üz-üzə gələcək. Danimarkalılar qalib gələcəyi halda, digər görüşlərin də nəticələrindən asılı olaraq, final mərhələsində yerini təmin edə bilər.
AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr
C qrupu
22:45. Malta – Ukrayna
22:45. İngiltərə - İtaliya
Xal durumu: İngiltərə - 13 (5 oyun), İtaliya – 10 (5), Ukrayna – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (6)
G qrupu
22:45. Litva – Macarıstan
22:45. Serbiya – Monteneqro
Xal durumu: Macarıstan – 13 (5), Serbiya – 10 (6), Monteneqro – 8 (5), Litva - 5 (6), Bolqarıstan – 2 (6)
H qrupu
20:00. Finlandiya – Qazaxıstan
22:45. Şimali İrlandiya – Sloveniya
22:45. San Marino – Danimarka
Xal durumu: Sloveniya – 16 (7), Danimarka – 16 (7), Finlandiya – 12 (7), Qazaxıstan – 12 (7), Şimali İrlandiya – 6 (5), San Marino – 0 (7)
Qeyd edək ki, daha əvvəl ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya yığmaları Avropa çempionatına vəsiqəni təmin ediblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:50 / 17.10.2023
AVRO-2024: Bu gün daha 3 ölkə final mərhələsinə vəsiqə əldə edə bilər
Hazırda oxunan: AVRO-2024: Bu gün daha 3 ölkə final mərhələsinə vəsiqə əldə edə bilər
Hazırda oxunan: AVRO-2024: Bu gün daha 3 ölkə final mərhələsinə vəsiqə əldə edə bilər
160207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.