Ermənistan Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsi həbs edildi

Ermənistan Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsi həbs edildi

Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsi həbs edildi

160187

Ermənistan Müdafiə Nazirliyi İnformasiya İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, məhkəmə onun əvvəlcə ev dustaqlığına dair qərar qəbul etmişdi. Prokurorluq bu qərara etiraz edib. Apellyasiyadan sonra məhkəmənin qərarı dəyişib.

Məlumata görə, Altunyanla yanaşı, daha 4 nəfər, o cümlədən “Dasaran.am” saytının sahibi Suren Aloyan Müdafiə Nazirliyinin satınalmaları nəticəsində sənədlərə saxta məlumatlar daxil etməklə dövlətdən 106 milyon 300 min dram (270 min dollara yaxın) oğurlamaqda ittiham olunurlar. Müttəhimlər onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.
Gevorq Altunyan 2016-cı ildə Müdafiə Nazirliyinin İnformasiya İdarəsinə rəis təyin olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO