Yer nəhəng asteroidlə toqquşacaq? - NASA-dan AÇIQLAMA

Yer nəhəng asteroidlə toqquşacaq? - NASA-dan AÇIQLAMA

Hazırda oxunan: Yer nəhəng asteroidlə toqquşacaq? - NASA-dan AÇIQLAMA

16003

ABŞ kosmik agentliyi (NASA) yaxın 100 ildə Yer kürəsinin asteroidlərlə toqquşma riskinin olmadığı açıqlayıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlər “Apofis”asteroidinin Yerlə toqquşma təhlükəsinin olmadığını müəyyənləşdiriblər.

NASA-dan bildirilib ki, asteroid 2029 və ya 2036 ildə Yer kürəsi ilə toqquşmayacaq. Tədqiqatçıların fikrincə, toqquşmalar 2068-ci ildə də olmayacaq.

Son müşahidələr zamanı “Apofis”in Yerdən 17 milyon kilometr məsafədə başqa uçuş həyata keçirdiyi ortaya çıxdı.

Bu cür məlumatlar kosmik cisimlə hər hansı bir toqquşmanın mümkünsüzlüyünü göstərir.

NASA-nın Yerə Yaxın Növlər Mərkəzinin sözçüsü David Farnokçianın sözlərinə görə  ən azı önümüzdəki 100 il ərzində toqquşma riski gözlənilmir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO