Komandamız Rusiyada keçirilən Beynəlxalq turnirdə 16 medal qazandı

Komandamız Rusiyada keçirilən Beynəlxalq turnirdə 16 medal qazandı

Hazırda oxunan: Komandamız Rusiyada keçirilən Beynəlxalq turnirdə 16 medal qazandı

159953

13-15 oktyabr 2023-cü il tarixlərində Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində “Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə Beynəlxalq festival-turniri keçirilib.

Bizim.Media xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyası komandası ümumilikdə 7 qızıl, 4 gümüş, 5 bürünc medal qazanıblar.

10-11 yaş uşaqlar arasında keçirilən yarışda Fuad Salayev 3-cü yer, 12 yaşlı Xanhısən Feyziyev isə birinci yeri tutub.

16-17 yaş yeniyetmələr arasında keçirilən yarışda isə Eyvazxan Məlikov 3-cü yeri tutub.

12-13 yaş qızlar arasında keçirilən turnirdə isə Zeynəb Mövsümzadə 1-ci yeri tutub.

18 yaşdan yuxarı qadınlar arasında keçirilən turnirdə birinci yerin sahibi isə Sevinc Mövsümzadə olub.

Veteranlar arasında keçirilən yarışın qalibi isə Nazim Mövsümzadədir.
Kumite (Oğlanlar) nəticələri: MirRauf Əlizadə (12-13) +50kq - 2-ci yer, Musa Əkbərli (14-15 ) -50 kq - 3-cü yer, Kənan İsmayılzadə (16-17) - 65 kq - 3-cü yer, Eyvazxan Məlikov (16-17) - 75 kq - 2-ci yer.

Qızlar: Zeynəb Mövsümzadə (12-13) - 45 kq - 1-ci yer, Mövsümzadə Fatimə (14-15) - 50 kq - 2-ci yer, Sevinc Mövsümzadə (+18) - 55 kq - 1-ci yer, - 65kq - 1-ci yer.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO