Məktəbdə Xarıbülbül yetişdirildi - FOTOLAR

Məktəbdə Xarıbülbül yetişdirildi - FOTOLAR

Hazırda oxunan: Məktəbdə Xarıbülbül yetişdirildi - FOTOLAR

15977

Paytaxt məktəblərindən birində Xarıbülbül yetişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov “Facebook” hesabında bildirib.  

O, qeyd edib ki, Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən Müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbül yetişdirib.

Məktəbin peşə təmayüllü sinfinin şagirdləri və müəllimləri tərəfindən yetişdirilən, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan Xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib.

Alçina Amilqızı, Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO