Fransanın şimalındakı Padekale departamentinin Arras şəhərindəki Qambetta məktəbinə keçmiş şagird hücum edib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 1 müəllim ölüb, 2 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
"Le Figaro" nəşrinin məlumatına görə, məktəbə bıçaqla basqın edən 20 yaşlı şəxs Rusiya Federasiyasında doğulub. Onun çeçen əsilli olduğu məlum olub. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Onun kiçik qardaşı da başqa məktəbin yaxınlığında həbs edilib.
Bizim.Media