Oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:48 / 12.10.2023
Bakıda bacısını boğaraq öldürən şəxs SAXLANILDI
Hazırda oxunan: Bakıda bacısını boğaraq öldürən şəxs SAXLANILDI
Hazırda oxunan: Bakıda bacısını boğaraq öldürən şəxs SAXLANILDI
159611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.