BİZİM TƏQVİM: 13 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 13 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 13 oktyabrda baş vermiş tarixi hadisələr

159569

2020-ci ilin bu günündə Azərbaycan ordusu keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusunu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topunu, 1 ədəd D-20 haubitsa topunu, 3 ədəd PUA, bir neçə avtomobil texnikasını sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyədək canlı qüvvəsi pusquya salınıb. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtokolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal altındakı ərazilərimizə doğru hərəkət edən qrup atəş zərbəsi ilə məhv edilib.

Bəs, oktyabrın 13-də dünyada daha hansı hadisələr baş verib?

1.13 oktyabr 1792-ci ildə ABŞ-da Ağ Ev binasının təməli qoyulub.

2. 1827–ci ilin 13 oktyabrında. Rusiya-Qacarlar müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçiriblər. Bunun ardınca general İvan Paskeviçin qoşunları Ərdəbil və Urmiyanı da işğal ediblər.

3. 13 oktyabr 1880-ci ildə Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

4. 13 oktyabr 1884-cü ildən İngiltərənin Qrinviç rəsədxanasından keçən meridian 0 (sıfır) - dərəcə və beynəlxalq zaman qurşaqları üçün başlanğıc nöqtəsi olaraq qəbul edildi.

5. 13 oktyabr 1905-ci ildə Türkiyənin “Qalatasaray” idman klubu yaradılıb.

6. 1921-ci ilin 13 oktyabr tarixində Qars şəhərində Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları arasında müqavilə imzalandı. Bu müqavilə 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə, demək olar ki, eyni idi: Qars müqaviləsinə görə, Naxçıvanın muxtar ərazi olmaqla Azərbaycana mənsubluğu bir daha təsdiq olundu.

7. 1923-cü il oktyabrın 13-də Türkiyə Cümhuriyyətinin elan olunmasına 2 həftə qalmış Türkiyənin Böyük Millət Məclisi (TBMM) paytaxtın İstanbuldan Ankaraya keçirilməsi barədə qanun qəbul etdi.

8. ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının baş katibi Mixael Qorbaçov strateji nüvə silahlarının idarəsilə bağlı razılığa gələ bilmədikləri üçün 1986-cı ilin 13 oktyabrında R.Reyqan "Ulduz döyüşləri" layihəsindən imtina etməyəcəklərini açıqladı.

9. 1975-ci ildən bəri davam edən Livan Vətəndaş müharibəsi 1990-cı ilin 13 oktyabr tarixində sona çatdı. 15 illik müharibənin nəticələri 230 min adamın ölümü, 350 min yaralı və 1 milyondan çox livanlı mühacir oldu.

10. Çilidəki mədən qəzasında yerin altında qapalı qalan 33 mədənçi 69 gün sonra – 13 oktyabr 2010-cu ildə sağ-salamat olaraq qurtarıldılar.

13 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Azərbaycan kinorejissoru Hüseyn Seyidzadə 13 oktyabr 1918-ci ildə dünyaya gəlib.

2. 13 oktyabr 1918-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Lətif Feyzullayev (1918-1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

3. Azərbaycan yazıçısı və görkəmli tədqiqatçı Vəli Xuluflu 13 oktyabr 1937-ci ildə repressiyalarda həyatını itirib.

4. 13 oktyabr 1938 –ci ildə Əməkdar artist Hamlet Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

5. 13 oktyabr 1938-ci ildə Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938 – 26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

6. 13 oktyabr 1940-cı ildə bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq( 1940 – 24.8.2017) anadan olub. “Bir saatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

7. 13 oktyabr 1940-cı ildə Əməkdar incəsənət xadimi, kinoşünas İmran Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

8. 13 oktyabr 1967-ci ildə aktyor, teatr xadimi İbrahim İsfahanlı (Hüseynzadə; 1897-1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

9. 13 oktyabr 1974-ci ildə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.

10. Şərqşünas-alim, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, QMİ-nin-nin Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə dünyasını dəyişib( 27.08.1942-2019).

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO