Zaxarova:

Zaxarova: "Türkiyə ilə münasibətlərimiz görünməmiş səviyyəyə yüksəlib"

Hazırda oxunan: Zaxarova: "Türkiyə ilə münasibətlərimiz görünməmiş səviyyəyə yüksəlib"

159548

Rusiya-Türkiyə münasibətləri indiyədək heç vaxt görünməmiş səviyyəyə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyində keçirilən “Rusiya-Türkiyə: əməkdaşlığın möhkəmlənməsində medianın rolu” mövzusunda dəyirmi masada söyləyib.

Onun sözlərinə görə, dinamik inkişaf edən ikitərəfli münasibətlər ölkə rəhbərləri arasında səmimi və səmərəli siyasi dialoqa əsaslanır. Bundan əlavə, M.Zaxarova qarşılıqlı surətdə faydalı iqtisadi kooperasiya və mədəni-humanitar əlaqələrin də əhəmiyyətini vurğulayıb.
Tədbirdə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO