Brüs Üillis danışıq qabiliyyətini itirib - FOTO

Brüs Üillis danışıq qabiliyyətini itirib - FOTO

Hazırda oxunan: Brüs Üillis danışıq qabiliyyətini itirib - FOTO

159546

Xəbər verdiyimiz kimi, keçən il afaziya diaqnozu qoyulduqdan sonra karyerasını başa vuran 68 yaşlı dünya şöhrətli Hollivud aktyoru Brüs Uillisin səhhəti daha da pisləşib və ona demensiya diaqnozu qoyulub. Bu səbəbdən o, ssenarilərin sözlərini xatırlaya bilmir və indi yaxınlarını belə xatırlamaqda çətinlik çəkir. 

Bizim.Media xəbər verir ki, gənc yaşlarında aktyorun rol aldığı “Ay işığı” serialının rejissoru Qlenn Qordon Karon Uillisin hazırkı sağlamlıq vəziyyətindən “PageSix”nəşrinə açıqlama verib:

“Mən hiss etdim ki, ilk üç dəqiqədə o, mənim kim olduğumu xatırlayır. Hazırda Uillisin vəziyyəti durmadan pisləşir. Danışıq qabiliyyətini itirib, lakin o, hələ də Brüsdür”. 
Brüsə həyat yoldaşı Emma Heminq baxır. Onların iki kiçik qızı var: 11 yaşlı Mabel və doqquz yaşlı Evelin. Onu keçmiş həyat yoldaşı Demi Mur və qızları Rumer, Skaut və Tallula da baş çəkir. 

Rəşad Əliyev,  Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO