ATƏT-də Azərbaycana qarşı mina terroru barədə hesabat təqdim olunub - FOTO/VİDEO

ATƏT-də Azərbaycana qarşı mina terroru barədə hesabat təqdim olunub - FOTO/VİDEO

Hazırda oxunan: ATƏT-də Azərbaycana qarşı mina terroru barədə hesabat təqdim olunub - FOTO/VİDEO

159423

Bu gün ATƏT-in ənənəvi “İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirin moderatoru Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin onda bir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb.  

44-günlük müharibənin bitməsindən sonra da Azərbaycan ərazilərində Ermənistan tərəfindən yeni minalar basdırılmasını qeyd edən natiq bunu rəsmi Yerevanın sülh ritorikasında riyakarlığın göstəricisi kimi dəyərləndirib.

Ermınistanın bu qeyri-qanuni fəaliyyəti nəticəsində təkcə son 2 ildə 300-dən artıq azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayan E.Iskəndərov, yalnız məhdud miqyaslı anti-terror əməliyyatı nəticəsində Qarabağda mina terroruna son qoymaq üçün tam şərait yarandığını qeyd edib. 

Tədbirdə “Minaların insan haqlarına dağıdıcı təsiri” mövzusunda ilkin tədqiqatın hesabatını təqdim edən İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo, Qarabağın minalarla çirkləndirilməsinin humanitar faciə miqyaslı olduğunu bildirərək, bunun nəticəsində Azərbaycanın Avropada ikinci ən çox mina ilə çirkləndirilmiş ölkə olduğunu nəzərə çatdırıb.

Hesabatın təhlil qismində Ermənistanın apardığı 30 illik mina terroru nəticəsində beynəlxalq ədalət və humanitar hüququn, həmçinin təməl insan hüquqlarını kobud şəkildə pozduğu bildirilib.

700 mindən artıq keçmiş məcburi köçkünün vətənlərinə qayıtmasını əngəlləyən, onların səhhət, iş və təhsil hüququnun kütləvi şəkildə pozulduğunu qeyd edən A.Stanqo beynəxlaq insan hüquqları mexanizminin işə salınmasını, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminatın ödənilməsinin təmin olunmasının vacibliyini qeyd edib. 
Tədbirdə çıxış edən ANAMA-nın idarə rəisi Ramil Əzizov işğaldan sonra Qarabağda görülən mina təmizləmə işlərindən danışaraq, indiyə qədər 2636 hektar ərazidə 30 minə yaxın piyada əleyhinə, 17 mindən çox tank əleyhinə minanın aşkar edilərək zərərsizləşdirdiyi haqda məlumat verib, bu irimiqyaslı mina təmizləmə əməliyyatlarının əsasən, Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirdiyini vurğulayıb. 

2018-ci ildə “Minadan azad Cənubi Qafqaz” regional kampaniyasını təsis etmiş, LİNKS Avropa Fondunun icraçı direktoru Denis Sammut öz çıxışında mina təmizləmə sahəsində regional əməkdaşlığın, qarşılıqlı etimadın yaranması üçün tarixi imkan yaratdığını bildirib.

O, Avropa İttifaqını bu sahədə bölgəyə, xüsusilə, Azərbaycana irimiqyaslı mina təmizləmə işində əməli dəstək göstərməyə çağıraraq, bunun beynəlxalq tərəfdaşların regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edəcəyini qeyd etdi. 

Tədbir iştirakçıları daha geniş ekspertlər qrupunun iştirakı ilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində mina qurbanlarının hüquqlarının bərpa edilməsi istiqamətində beynəlxalq mexanizmin işə salınması üzrə konkret təklifləri ehtiva edəcək məruzənin hazırlanması və BMT-yə təqdim olunması haqqında təşəbbüslə çıxış etdilər. 
 





Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO