"Xankəndidə yaşayan 43 yaşlı Liya Zemtsovanın sevincinin həddi-hüdudu yoxdur. Separatçı rejimin daim zülmü ilə üzləşən Liya artıq ərzaq qıtlığı da yaşamır".
Bizim.Media xəbər verir ki, bu fikirlər İTV televiziyasının Xankəndidən hazırladığı reportajda deyilir.
Onunla bərabər yemək tapmayan itlərinə isə Azərbaycan polisi xüsusi yeməklər aparıb.
Azərbaycanın əsgər və polisini sevinclə qarşılayan Xankəndi sakini belə deyib:
"Mənim üçün o günlər qara günlər idi. Qovdular, bir il bunlara dözdüm".
Xankəndidə yaşayan Liya cəhənnəm deyəndə son bir ildə yaşadıqlarını nəzərdə tutur. Onun 42 iti var. Dediyinə görə, heyvanlarına çox bağlıdır. Onları hər gün yemləməklə yanaşı lazım gələndə müalicəsini də özü edir.
"Separatçılar əhaliyə kömək etmirdilər, o ki qaldı, heyvanlara. Özləri vəhşi kimi yeyirdilər, ancaq xalqı qazsız, susuz, işıqsız qoyurdular. Sonda Azərbaycan əsgəri bizi xilas etdi. Siz yaxşı insanlarsınız. İllərdir sizin gəlişinizi gözləyirdim", deyə Liya qeyd edib.
Daha ətraflı süjetdə:
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 11.10.2023
Xankəndi sakini: "İllərdir sizin gəlişinizi gözləyirdim" - VİDEO
Hazırda oxunan: Xankəndi sakini: "İllərdir sizin gəlişinizi gözləyirdim" - VİDEO
Hazırda oxunan: Xankəndi sakini: "İllərdir sizin gəlişinizi gözləyirdim" - VİDEO
159418
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.