Ordumuz erməni polkovniki Kareni necə MƏHV ETDİ? – Tarixi əməliyyatın DETALLARI - FOTO/VİDEO

Ordumuz erməni polkovniki Kareni necə MƏHV ETDİ? – Tarixi əməliyyatın DETALLARI - FOTO/VİDEO

Hazırda oxunan: Ordumuz erməni polkovniki Kareni necə MƏHV ETDİ? – Tarixi əməliyyatın DETALLARI - FOTO/VİDEO

159384

"Komandanlıqdan az qüvvə ilə düşmən arxasına sızıb üzbəüz mövqelərdə yerləşən doqquz tabora qədər qüvvəni mühasirəyə düşməsi barədə psixoloji inam yaratmalı idik. Bundan sonra geri çəkilmək istəyən düşmənə pusqularla itkilər verdirməli idi planımız. Biz həmlə taborunun bir qrup heyyəti ilə əməliyyatın icrasına başladıq".

Bu fikirləri Bizim.Media-nın Qarabağ bürosuna açıqlamasında Vətən Müharibəsi qazisi, kapitan Ruhin Mikayılov deyib. 

O, 1992-ci ildə Şəkinin Cumakənd kəndində anadan olub. 44 günlük müharibədə cəbhənin Talış və Suqovuşan istiqamətində əlahiddə, xüsusi əməliyyatlar taboru komandirinin müavini kimi iştirak edib. Döyüşdə göstərdiyi şücaətlərinə görə Ali Baş Komandan tərəfindən "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib. 

Kapitan deyir ki, icra etdikləri ən ağır əməliyyat məhz elə bizimlə bölüşdüyü döyüş tapşırığı olub: 


"Gecəylə Suqovuşan ətrafında yerləşən "628" yüksəkliyinə sızdıq. Düşmənin orada 150 nəfərə yaxın şəxsi heyəti var idi. Cəmi 25 nəfər şəxsi heyətlə 150 nəfərin üzərinə hücuma keçdik və düşmənə psixoloji sarsıntı yaşatdıq. Burada ən böyük yük snayperlərin üzərinə düşürdü. Abbasov Əhməd və Həsənov Rafiq çox peşəkar fəaliyyət göstərdilər. Döyüşdə 100 nəfərdən artıq düşmən məhv etdik. Qalanları silahların atıb geri çəkildilər".

Yaralansa da döyüşləri tərk etmir...

Bu əməliyyata qədər Ruhin Mikayılov iki dəfə yaralanıb. O, birinci dəfə Murovdağ istiqamətində əlindən qəlpə yarası alır. İlkin tibbi yardımdan sonra hərbi hospitalda stasionar müalicə almaqdan imtina edir. İkinci dəfə isə səkkiz nəfər döyüşçü ilə Talış kəndi istiqamətində mühasirəyə düşür. Döyüşərək mühasirəni yarmağı bacarsa da, bu dəfə də mərmi partlayışı nəticəsində ağır kəllə-beyin travması alır. Bu dəfə də müalicədən imtina edir. 


Onun və qəhrəman döyüşçülərin qatıldığı bu əməliyyat isə necə deyərlər zehin, hərbi-taktiki bilik məhsulu olmaqla yanaşı həm də qarşıdakı çoxsaylı düşmən qüvvəsinin digər istiqamətlərdə hücumun sürətinə maneə olmamaq naminə xüsusi əhəmiyyət daşıyırdı.

Erməni polkovnik necə məhv edildi? 

"2 oktyabr günorta saatlarında həmin döyüşün davamı olaraq düşmənin Dəstəgül istiqamətində hərəkət edən bir "Ural" və iki "UAZ" markalı komandir maşınını pusquya salaraq atəşə tutduq. Nəticədə Ermənistan silahlı qüvvələrinin, 022 saylı xüsusi təyinatlı briqadasının polkovniki Akopyan Karen Qradovic və bir neçə zabitini məhv etdik. "UAZ"ın biri qaçmağı bacarsa da təminat dolu yük maşını və digər "UAZ" ı qənimət kimi ələ keçirdik", - Ruhin Mikayılov qeyd edib. 


Erməni xüsusi təyinatlı qüvvələrin polkovniki Karenin dərinlikdə məhv edilməsi xəbəri düşmən qüvvələri arasında ciddi təşvişə səbəb olur. Həmçinin pusqudan yaxa qurtarmağı bacaran digər erməni "UAZ"ında olan erməni ordusunun 6-cı alayın komandiri bölmələrin mühasirəyə düşdüyünü deyir. 

Bununla da az qüvvə ilə icrası başlanan əməliyyat uğurla yekunlaşır:  

"500 nəfərə yaxın düşmən qüvvəsi geri çəkilməyə başlayanda biz artilleriya bölmələrinə koordinatlar ötürdük. Sərrast atəşlə həmin beş yüzə yaxın canlı qüvvə məhv edildi. Onların içərisində 40-50 nəfər sağ qala bilərdi. Qalan hamısı məhv edildi. Bununla da bizim ən ağır döyüş tapşırığımız uğurla icra edildi və biz azad etdiyimiz strateji nöqtələrdə möhkəmlənməyə başladıq", - kapitanımız bildirib.  

Azərbaycan Bayrağı Ordeni kovaleri Ruhin Mikayılov əməliyyatdan sonra, növbəti və ən ağır döyüş travmasını alır.


Düşmənin atdığı "Smerç" tipli raketin  partlaması nəticəsində, Tapqaraqoyunlu kəndi yaxınlığında onu komada saxlayacaq, sonra isə Vətən müharibəsi qazisi edəcək travmanı alır. Ancaq o, müharibə travmasının yaşatdığı şiddətli ağrılara baxmayaraq, özünü qürurlu və xoşbəxt hiss edir. 

Öz təbirincə desək, Vətənın başı sağ olsun!  
 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO