Aİ-nin vasitəçiliyinin İFLASI – Regionda sülh “3+3” formatında TƏMİN OLUNACAQ? 

Aİ-nin vasitəçiliyinin İFLASI – Regionda sülh “3+3” formatında TƏMİN OLUNACAQ? 

Hazırda oxunan: Aİ-nin vasitəçiliyinin İFLASI – Regionda sülh “3+3” formatında TƏMİN OLUNACAQ? 

159376

Son hadisələrdən sonra Avropa İttifaqı ilə Rusiyanın təkbaşına vasitəçiliyi demək olar ki, arxa plana keçib. Belə ki, Aİ-nin Qranada sammitində təşkil olunan görüşə anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa və Almaniyanın dəvət edilməsi fonunda, Türkiyənin prosesdə cəlb edilməməsinə etiraz olaraq Azərbaycan həmin görüşdən imtina etdi.

Fransa və Rusiyanın vasitəçiliyi qəbul olunmur... 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Türkiyənin sülh danışıqlarında iştirakına razılıq verəcək? – ÖZƏL AÇIQLAMA


Digər tərəfdən, MDB-nin oktyabrın 13-də olacaq Bişkek sammitində Rusiyanın təklifilə 3 ölkənin xarici işlər nazirlərinin görüşü də sual altındadır. Belə ki, nə Paşinyan, nə də XİN rəhbəri Ararat Mirzoyan tədbirdə iştirak etməyəcək. Əvəzində onları Ermənistan XİN nazirinin müavini olacaq. 

Bu isə o deməkdir ki, İrəvan Rusiyanın vasitəçiliyilə Bişkekdə danışıqların aparılmasında maraqlı deyil. Bütün bunlar onu göstərir ki, Aİ ilə Rusiyanın təkbaşına vasitçiliyi öz əhəmiyyətini itirməyə başlayıb. Əvəzində Gürcüstan vasitəçiliyi ilə və yaxud “3+3” formatında görüşün keçirilməsi məsələsi gündəmə gəlməkdədir.  
Bakı da sülh danışıqlarının Gürcüstanda keçirilməsini istəyir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin keçən bazar günü Tiflisə olan səfəri göstərdi. İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşündə deyib ki, əgər Ermənistan da razı olarsa, “Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”. 

Görəsən, sülh Gürcüstanın vasitəçiliyilə, yoxsa 3+3 formatında mümkün olacaq?

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Azərbaycan Prezidentinin Tiflisdə Gürcüstanın vasitəçiliyi məsələsilə bağlı səsləndirdiyi fikirlər həqiqətən cəlbedici və realist fikirdir: 

“Çünki kiçik Qafqaz bölgəsində 3 respublikanın yerləşdiyi məkan əhəmiyyətli dərəcədə super fövqəl güclərin marağındadır. Onlar cidd-cəhdlə çalışırlar ki, burada öz maraqlarını təmin etsin və müdaxilə imkanları əldə etsinlər”. 

Bununla belə həmsöhbətimizin fikrincə, daha münasib variant “3+3” formatı çərçivəsində ola biləcək görüşdür:

“Buna həm Rusiya, həm də Avropa “hə” deməlidir. Gürcüstan vasitəçiliyi formatı əslində öz-özlüyündə həm də “3+3” formatının açarına çevrilir. Gürcüstan həqiqətən də normal vəziyyət formalaşdırıb, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi razılaşmasına yol aça bilsə, sonradan “3+3” formatı özlüyündə meydana gələrək, işlək vəziyyətə düşəcək. İstər-istəməz Tiflislə Moskva arasında müəyyən yaxınlaşmanın da şahidi oluruq. Belədə, 3+3 konfiqurasiyası əsasında sülh danışıqlarının böyük perspektivi vardır”. 

T. Abbasov deyir ki, Ermənistan başqalarının fitnəsinə getməyərək, məsələyə realist yanaşsa, sülh danışıqlarının 3+3 formatında aparılmasının böyük gəcələyi var:

“İrəvan Türkiyə və Azərbaycanla barışmasa daha ağır kritik duruma düşəcək. Bu ölkənin başqa diplomatik manevr imkanları yoxdur”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO