Azərbaycan dəmir yollarında İLK: Qatarları qadınlar da idarə edəcək - FOTO 

Azərbaycan dəmir yollarında İLK: Qatarları qadınlar da idarə edəcək - FOTO 

Hazırda oxunan: Azərbaycan dəmir yollarında İLK: Qatarları qadınlar da idarə edəcək - FOTO 

159364

“Azərbaycan Dəmir Yolları” QSC ilk dəfə qadın maşinistlər hazırlayacaq. 

Bizim.Media xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində stansiya növbətçisi ixtisasında təhsil alan qadın tələbələr ADY-də xüsusi təlimlərdən keçəcəklər. 

Təlimlərdən sonra müvafiq imtahanı uğurla başa vuranlar dəmiryol nəqliyyatının idarə edilməsi üçün vəsiqə qazanacaqlar. 

Peşə Təhsil Mərkəzinin bir qrup tələbəsi artıq Bakı Dəmiryol Vağzalında müasir sürət qatarlarının idarə edilməsi ilə yaxından tanış olub, burada ADY mentorları ilə söhbət aparıblar.

Tələbə Ağsənəm Məmmədova bildirib ki, ən böyük arzularından biri Azərbaycan dəmir yollarında ilk qadın maşinist olmaqdır. Tələbələrin ilkin olaraq istehsalat təcrübəsinə cəlb olunması nəzərdə tutulur. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO