Şirvanda uşağın ölü doğulması ilə bağlı həkim səhlənkarlığı ÜZƏ ÇIXDI

Şirvanda uşağın ölü doğulması ilə bağlı həkim səhlənkarlığı ÜZƏ ÇIXDI

Hazırda oxunan: Şirvanda uşağın ölü doğulması ilə bağlı həkim səhlənkarlığı ÜZƏ ÇIXDI

159358

Cari il iyulun 22-də Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şirvan şəhər prokurorluğu yayıb.

Araşdırma zamanı Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO