Madriddə Qərbi Azərbaycana qayıdış mövzusu MÜZAKİRƏ OLUNDU - FOTO

Madriddə Qərbi Azərbaycana qayıdış mövzusu MÜZAKİRƏ OLUNDU - FOTO

Hazırda oxunan: Madriddə Qərbi Azərbaycana qayıdış mövzusu MÜZAKİRƏ OLUNDU - FOTO

159357

İspaniyanın paytaxtı Madriddə “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” mövzusunda Avropa Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfirliyi yayıb.

Mənbə qeyd edir ki, forumda İspaniyada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, səfirlər, eləcə də bir çox beyin mərkəzləri və akademik dairələrin nümayəndələri, gənc tədqiqatçılar və tələbələr, qaçqınlar və miqrasiya məsələləri üzrə ixtisaslaşmış institut və fondların təmsilçiləri, o cümlədən mötəbər media nümayəndələri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Türkiyənin “Ülke TV” yayım şirkətinin baş redaktoru Həsən Öztürkün moderatorluğu ilə baş tutan “Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, məcburi deportasiya edilmiş azərbaycanlı qaçqınların cari vəziyyəti, qaçqınlıq və məcburi köçkünlük dövrünün fərdlərə və icmalara təsiri və bu xüsusda, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hislərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, eləcə də azərbaycanlı qaçqınların öz dədə-baba yurdlarına qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar barədə müzakirələr təşkil olunub.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO