Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı vəziyyəti telefonla müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, danışıq erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Putinlə nə danışıb? – İki fərqli açıqlama
"Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə predmeti olub və məmnuniyyətlə bildirilib ki, hazırda bölgədə sabitlik hökm sürür". Açıqlamada belə deyilir.
Tərəflər koronavirus infeksiyasına qarşı mübarizəyə və enerji sektorunun aktual məsələlərinə toxunaraq ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Bizim.Media