Müğənni Gülay Zeynalova ilk dəfə anası Sevinc xanımla efirə çıxıb.
Bizim.Media xəbər verir ki, “ana-bala” Vüsalə Əlizadənin yeni mövsümdən etibarən Xəzər TV-də yayımlanan “İncə Səhər” musiqili-əyləncəli verilişində qonaq olub.
Gülay anasının onun tez-tez tənbeh etdiyini bildirib:
“Anama deyirəm ki, sabah filan kanalın veirlişində qonağam. Mənə deyir ki, çox danışma. Artıq sözlər demə. Hansısa bir yeni mahnı olanda anam çox zaman tərifləmir. Daha çox tənqid edir. Söyləyir ki, bu mahnını oxuyana kimi get iki dənə qəzəl öyrən. Çünki bu sənətə gələndə xanəndələrin sinifindən gəlmişəm. Hər yerə də anamla getmişəm”.
Səvinc xanım proqramda qızının bu sənətə gəlməsində böyük dəstəyindən söz açıb:
“Gülay 7-ci sinifə qədər həm xanəndəlik, həm də fortepiano məktəbini bitirib. 4 il xanəndəlik, 5 fortepiano. Ona qədər də çoxlu məşqlər edib. O zaman çox sayda musiqi yarışmaları vardı. O müsabiqələrin əksəriyyətində də Gülay iştirak edib. Hamısına da onu özüm aparırdım. Evdə yemək bişirib özümlə bir qabda aparıb, Gülayın yolun bir kənara çəkib, yedizdirirdim ki, ac qalmasın. Belə çətinliklərimiz olub, amma onlar hamısı arxada qaldı. Anam Hafisə xanım mənim özümə dəstək olub. Ona görə də mən də öz övladım Gülaya dəstək olmuşam”.
Qeyd edək ki, fitnes məşqçi Kamil Zeynallı ilə evli olan Gülay Zeynallının Sahilə adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media