"Sülhməramlıların Qarabağdakı fəaliyyəti tükənməyib" - Rusiya XİN

Hazırda oxunan: "Sülhməramlıların Qarabağdakı fəaliyyəti tükənməyib" - Rusiya XİN

158982

“Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında təmaslar Rusiya sülhməramlı kontingentinin komandanlığının iştirakı ilə aparılır". 

Bizim.Media xəbər verir ki, bunu bazar ertəsi Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin rbc.ru nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qarabağın gələcək inkişafı ilə bağlı bir sıra məsələlər də Rusiya sülhməramlılarının köməyi ilə Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunur:

"Kontingentimizin roluna tələbat var və inanıram ki, gələcəkdə də lazım olacaq. İstisna etmək olmaz ki, bu gün Qarabağı tərk edənlərin bir qismi nə vaxtsa qayıtmağa qərar verəcək. Sülhməramlıların olması isə bu insanlar üçün əlavə sakitlik faktoruna çevriləcək. Ona görə deməzdim ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti tükənib".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO